Close

PKK-nın ləğvindən sonra ilk iclas - İqtidara çağırış

Terror təşkilatı PKK-nın ləğv edilərək tərksilah edilməsi qərarından sonra DEM Partiyası ilk qrup toplantısını keçirib.

TNS Türkiyə mediasına istinadən xəbər verir ki,  partiyanın həmsədri Tuncer Bakırxan iqtidara çağırış edib.

"Bəzi humanist, konkret və etimad artıran təbdirləri bayramdan sonraya saxlamadan həyata keçirmək Türkiyənin yolunu açacaq. Sülhü təxirə salmaq haramdır",- Bakırxan bildirib.

 Xatırladaq ki, mayın 5-7-də keçirilən qurultayda dağılma qərarı alan terror təşkilatı PKK bu qərarı yazılı açıqlama ilə ictimaiyyətə çatdırıb.