Close

Türkiyədə 17 şagird qidadan zəhərlənib

Türkiyənin Bartın şəhərində 17 şagird qidadan zəhərlənib.

TNS “Haber Global”a istinadən xəbər verir ki, onların istifadə müddəti keçmiş və atılmış qənnadı məhsullarından zəhərləndikləri bildirilir.

Şagirdlərdə ürəkbulanma, qarın ağrısı və qusma halları müşahidə olunub.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Tələbələrin durumlarının yaxşı olduğu qeyd edilir.