PKK liderlərinin sonrakı taleyi necə olacaq?- Detallar açıqlandı

Türkiyə 40 illik terror bəlasına son qoyub. Terror təşkilatı PKK silahı yerə qoyduğunu açıqlayıb. Təşkilatın 300-ə yaxın qondarma liderinin bundan sonrakı taleyinin necə olacağı maraq mövzusuna çevrilib.
TNS xəbər verir ki, sabiq AK Partiya millət vəkili Şamil Təyyar PKK-nın tərksilah prosesinin yol xəritəsi ilə bağlı bəzi məqamları açıqlayıb.
Şamil Təyyar proses daxilindən gələn bir bürokratla danışdığını və sözdə terror təşkilatının liderlərinin İran, İraq və Suriya istisna olmaqla, Cənubi Afrika və Norveç kimi üçüncü ölkələrə gedəcəklərini qeyd edib.
Onun sözlərinə görə, cinayətlə əlaqəsi olmayan təşkilat üzvləri isə şəxsiyyət vəsiqələrini daşıdıqları ölkələrə qayıdacaq və 4000-ə yaxın Türkiyə Respublikası vətəndaşı mərhələli şəkildə sərhəddə qəbul ediləcək.
Birinci mərhələdə Diyarbakırlı anaların uşaqlarının geri qaytarılması təmin ediləcək.
Öcalan İmralıda qalacaq.
ABŞ və Fransa kimi qarant ölkələr olmayacaq.
Yeni qanunundan PKK-lılar da faydalanacaq, yaşlıların və xəstələrin sərbəst buraxılmasını təmin edəcək qaydalar hazırlanacaq.
Prosesin gedişatından asılı olaraq yeni Konstitusiya üçün TBMM-də əməkdaşlıq zəmini axtarılacaq, cinayət qanunvericiliyi yenidən qurulacaq, sonrakı mərhələdə sosial konsensus formalaşanda qismən amnistiya gündəmə gələ bilər.
DEM-in yenidən qurulması qaçılmaz olacaq, lakin PKK adından istifadə edə bilməyəcək.
PKK dağıldıqdan və terror sona çatdıqdan sonra qəyyumların təyin olunduğu bələdiyyələrin əvvəlki sədrləri bərpa olunacaq.
Türkiyə uzun müddət təşkilatdan qoparaq yeni struktur formalaşdırmaq ehtimalı qarşısında bölgədən çəkilməyəcək.
Suriyadakı YPG strukturu Dəməşq rəhbərliyi ilə birlikdə planlaşdırılacaq, təşkilatın suriyalı olmayan üzvləri sərhəddən çıxarılacaq, qalanlar isə Suriya ordusuna qatılacaq.
“Mən bunları şərhsiz çatdırdım. Ancaq onu da əlavə etmək istəyirəm ki, stolüstü qərarlardan çox, tətbiq ediləcəklər prosesin gedişatını konkretləşdirəcək”,- sabiq deputat vurğulayıb.