Close

PKK ləğv olundu

PKK (Kürdistan İşçi Partiyası) terror təşkilatı silahlarını yerə qoyduğunu açıqlayıb.

TNS xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Bildirilib ki, terror təşkilatı 5-7 may tarixlərində qurultay keçirib. PKK lideri Abdullah Öcalan tərəfdarlarını silahları yerə qoymağa çağırıb.

Qeyd edək ki, təşkilat 1984-cü ildə terror fəaliyyətinə başlamışdı.