Ağır yol qəzası oldu: çox sayda ölən və yaralanan var
43
19:45 - 10 May 2025
Türkiyənin Antalya şəhərində turistləri daşıyan avtobusla minik maşınının toqquşması nəticəsində iki nəfər ölüb, yeddi nəfər yaralanıb.
TNS “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Alanya rayonunda qeydə alınıb.
Xəsarat alanlardan altısı turist, ölən şəxslərdən biri isə Polşa əsillidir.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Yaralananlar xəstəxanaya yerləşdiriliblər.