Sərnişin avtobusu qəzaya uğradı: ölənlər var
8
15:20 - 10 May 2025

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.
TNS Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Çanaqqala-Ezine avtomobil yolunda baş verib.
İlkin məlumata görə, hadisə nəticəsində 6 nəfər həyatını itirib. Xəsarət alanların sayı isə dəqiqləşdirilir.
Əraziyə polis və təcili tibbi yardım briqadası cəlb edilib.