Hakan Fidan sui-qəsdə məruz qalıb
7
09:00 - 10 May 2025

Türkiyənin xarici işlər naziri Hakan Fidan 4-5 il bundan əvvəl sui-qəsdə məruz qalıb. O bu haqda heç vaxt açıqlama verməyib.
TNS xəbər verir ki, Hakan Fidan bunu haqda televiziya verilişlərdindən birində danışıb.
"Mənə ağır dozada arsen və civə verilmişdi. Harada olduğunu bilmirəm. Daha sonra analiz nəticəsində üzə çıxdı. Bu səbəbdən bir müddət müalicə aldım", - o deyib.
Ona qarşı sui-qəsdin kim tərəfindən həyata keçirilməsi ilə bağlı suala isə o belə cavab verib: "Gəlin o detallara girməyək. Bunlar çöldə baş verən məsələlərdir. Təkcə içəridə düşmən yoxdur, hər yerdə düşmən var".