Close

Liseydə silahlı hücum: iş yoldaşlarını güllələdi

Türkiyənin Giresun şəhərində bir liseydə müvəqqəti işçi işləyən şəxs eyni statuslu iki qadına hücum edib.

TNS Türkiyə mediasına istinadən xəbər  verir ki, hadisə Giresun Sosial Elmlər Liseyində baş verib.

53 yaşlı kişi qadınlara tüfənglə atəş açıb, onlardan birini öldürüb, digərini isə yaralayıb.

Hadisəni törədən şəxs qaçsa da, qısa müddət sonra polis tərəfindən yaxalanıb.