Papa Fransiskin üzüyü və möhürü ləğv edildi - VİDEO
11
21:57 - 06 May 2025

Aprelin 21-də vəfat etmiş Roma Papası Fransiskin hakimiyyətinin rəmzləri ləğv edilib.
TNS "Haber Global" telekanalına istinadla xəbər verir ki, pontifikə məxsus "balıq üzüyü" və möhür bu gün kardinalların iştirakı ilə ləğv edilib.
Rəmzlərin üzərinə xaç işarəsi qoyulmaqla, onlar ləğv edilmiş sayılır.
Qeyd edək ki, mayın 7-də Katolik kilsəsinin 267-ci başçısını seçəcək konklav açılacaq.