Ekrem İmamoğlunun diplomu universitetin məlumat bazasından silinib
10
20:40 - 06 May 2025

İstanbul Universiteti hazırda həbsdə olan İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlunun diplomunu özünün məlumat bazasından silib.
TNS xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
Belə ki, siyasətçinin diplomu haqqında məlumat axtararkən universitetin məlumat bazasında yalnız Ekrem İmamoğlunun orta məktəbi bitirməsini təsdiq edən şəhadətnamə haqqında məlumat çıxır.