Close

CHP sədrini yumruqladılar - VİDEO

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel fiziki hücuma məruz qalıb.

TNS "Haber Global" telekanalına istinadla xəbər verir ki, insident dünən vəfat etmiş Türkiyə parlamentinin sədr müavini Sırrı Süreyya Önder üçün keçirilən dəfn mərasimində baş verib.

O, mərasimin keçirildiyi Atatürk Mədəniyyət Mərkəzindən çıxarkən hücumla üzləşib.

Naməlum şəxs Ö.Özelə yumruqla zərbə endirib.

Hazırda CHP sədrinin vəziyyətinin yaxşı olduğu bildirilir.