Close

Türkiyə və İsrail qırıcıları Suriyada üz-üzə gəldi

Türkiyə və İsrail qırıcıları Suriya səmasında üz-üzə gəlib.

TNS xəbər verir ki, bu barədə Türkiyənin “Sözcü” qəzeti məlumat yayıb.

Məlumata görə, mayın 2-də İsrail Suriyaya qarşı genişmiqyaslı hava zərbələri endirib. Vurulan hədəflər arasında Türkiyənin dəstəklədiyi “Sultan Murad” və “Süleyman Şah” qruplaşmalarının bazaları da olub.

Bundan sonra Türkiyəyə məxsus F-16 qırıcıları Suriya hava məkanına daxil olaraq İsrail hərbi təyyarələrinə elektron hərb sistemləri vasitəsilə xəbərdaredici siqnallar ötürüblər.