Close

Tekstil fabrikində yanğın - YENİLƏNİB

Esenyurt rayonunda yerləşən beş mərtəbəli tekstil fabrikindəki yanğın bir saat ərzində söndürülüb.

TNS xəbər verir ki, yanğın zamanı xəsarət alan olmayıb.

Hazırda yanğın olan hissələrdə soyutma işləri aparılır.

11:16

Türkiyənin İstanbul şəhərinin tekstil fabrikində yanğın başlayıb.

TNS xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

Bildirilib ki, yanğın Esenyurd rayonunda yerləşən 5 mərtəbəli fabrikdə baş verib.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.

Hələlik tələfatın olub-olmaması barədə məlumat verilməyib.