Close

09:37
03 May 2025
09:11
03 May 2025

Ağır yol qəzası oldu - 20-yə yaxın yaralı var

Türkiyədə ağır yol qəzası olub.

TNS “Haber Global”a istinadən xəbər verir ki, hadisə Isparta şəhərində qeydə alınıb.

Belə ki, sərnişin avtobusunun aşması nəticəsində 15 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onlardan bəzilərinin durumu ağırdır.