Close

"Haber Global": "Şimali Kipr Türk Cümhuriyyətində "TEKNOFEST" festivalı başlayıb" - VİDEO

Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) kosmos, aviasiya və texnologiya festivalı "TEKNOFEST" öz işinə başlayıb.

TNS "Haber Global"a istinadən xəbər verir ki, Selçuk Bayraktar festivalın açılış günü jurnalistlərin suallarını cavablandırıb.

O, açıqlamasında qeyd edib ki, Şimali Kipr Türk Cümhuriyyəti gənclərinin qabaqcıl texnologiyalara marağını nəzərə alaraq "TEKNOFEST" festivalını məhz burada keçirmək qərarına gəliblər.

"Bilirsiniz ki, ilk festivalımız İstanbulda, daha sonra Anadolu bölgəsində təşkil etdik. Ardınca can Azərbaycanda möhtəşəm bir "TEKNOFEST" festivalı keçirildi. Növbəti dayanacağımız isə bura - Şimali Kipr Türk Cümhuriyyəti oldu", - deyə Selçuk Bayraktar vurğulayıb.

O fikrinin davamında qeyd edib ki, "TEKNOFEST" festivalı gənclərin texnologiya və innovasiya sahəsində potensialının üzə çıxarılması üçün unikal platformadır.