78 nəfərin öldüyü yanğının başlanma anı - VİDEO

Türkiyədə Bolunun QartalQaya xizək kurortunda yerləşən Grand Qartal otelində 78 nəfərin ölümünə səbəb olan yanğının ilk anlarının təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb.
TNS Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın səhər yeməyi üçün qızartmalar hazırlanan cihazda başlayıb.
Cihazın termostatlarından birinin xarab olduğu və həddindən artıq qızmasına baxmayaraq nəzarətsiz vəziyyətdə işləməyə davam etdiyi məlum olub.
Qeyd edək ki, yanvarın 21-nə keçən gecə QartalQaya dağ-xizək kurortunda yerləşən “Grand Qartal” otelində baş verən yanğında 78 nəfər həyatını itirib. Yanğından sonra başlanan istintaq çərçivəsində 41 şübhəli saxlanılıb. 28 şübhəli həbs edilsə də, 9-u sonradan sərbəst buraxılıb.