Close

Türkiyə "İstanbul" kanalının tikintisindən imtina etməyib

Türkiyə hakimiyyəti Bosfor boğazını yan keçən "İstanbul" gəmiçilik kanalının çəkilişi layihəsindən imtina etməyib, maliyyələşdirmə mənbələri müəyyən edildikdən sonra onun həyata keçirilməsinə başlanılacaq.

TNS xəbər verir ki, bunu Türkiyənin nəqliyyat naziri Abdülkadir Uraloğlu deyib.

"Kanal İstanbul layihəsini mütləq həyata keçirəcəyik. Düzgün vaxtda və maliyyələşdirmə mənbələri müəyyən edildikdən sonra bunu mütləq edəcəyik. İndi bu məsələ ilə bağlı məsləhətləşmələr aparırıq", - nazir jurnalistlərə bildirib.

A.Uraloğlunun sözlərinə görə, kanalın tikintisi 15-20 milyard dollara başa gələcək.