Türkiyədə ağır yol qəzasında bir neçə nəfər yaralanıb
17
23:55 - 30 Aprel 2025

Türkiyənin Kocasinan rayonunda ağır yol qəzası baş verib.
TNS-in “Habertürk”ə istinadən xəbərinə görə, hadisə Beyazşehir məhəlləsindəki Sivan bulvarında qeydə alınıb.
Bildirilib ki, avtobusla minik maşının toqquşması nəticəsində doqquz nəfər yaralanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Hadisə ilə bağlı araşdırma başladılıb.