Close

"Haber Global": "Yunanıstan Egey dənizi xəritəsində geri addım atdı" - VİDEO

Egey dənizində məkan planlaması xəritəsi dərc edərək Türkiyənin ərazi sularında haqlar iddia edən Yunanıstan, geri addım atıb. Yunanıstanın xarici işlər naziri danışıqlara və təmkinli olmağa çağırış edərək, yayımlanan xəritənin "qitə şelfi" elan edilməsi anlamına gəlmədiyini iddia etdi.

TNS-in verdiyi məlumata görə, bu barədə "Haber Global"ın hazırladığı süjetdə bildirilir.

Qeyd edilir ki, Yunanıstan Egey dənizinin böyük bir hissəsinə sahiblənən hüquqsuz bir məkan planlaması xəritəsi yayımlamış və bununla da Türkiyə ilə münasibətləri gərginləşdirmişdi.

"Türkiyənin sərt reaksiyasından sonra Afina rəhbərliyi geri çəkildi. "Para Politika" qəzetinə danışan Yunanıstan xarici işlər naziri Yorqos Gerapetritis dialoq və təmkinli olmağa çağırışı edərək, Türkiyə ilə iki ildir davam edən sakit mühitin qorunmasında israrlı olduqlarını bildirdi.

Gerapetritis, həmçinin iki ölkənin hərbi heyətlərinin Egey dənizində etimad artırıcı tədbirlər mövzusunda görüşəcəklərini və geniş tərkibli yunan biznesmenlər heyətinin 8-9 may tarixlərində İstanbula gedəcəyini açıqladı. O, sakit mühitin qorunması və gərginliklərin qarşısının alınması üçün Türkiyənin xarici işlər naziri Hakan Fidanla əlaqə kanallarını açıq saxladıqlarını da qeyd etdi. İki nazirin 14-15 may tarixlərində Antalyada keçiriləcək NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında yenidən görüşməsi gözlənilir".

Ətraflı süjetdə: