Close

“Ortaq əlifba latın qrafikası əsasında hazırlanacaq”

“Biz Türk dünyası üçün ortaq əlifbanın elmi səviyyədə yaradılmasının tərəfdarıyıq”.

TNS xəbər verir ki, bunu akademik Nizami Cəfərov Türkiyənin Antalya şəhərində “Türk dünyası birliyi yolunda Ortaq Əlifba” mövzusunda keçirilən tədbirdə deyib.

Akademik vurğulayıb ki, ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir.

Tədbirdə Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan, Özbəkistandan alimlər, eləcə də digər ixtisaslaşmış mütəxəssislər iştirak ediblər.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli tədbirdəki çıxışında qeyd edib ki, latın qrafikası əsasında ortaq əlifbanın yaradılması türkdilli xalqların tarixini, ədəbiyyat və mədəniyyətini, folklorunu, adət-ənənələrini öyrənməkdə, təbliğ etməkdə böyük rol oynayacaq.

Qeyd edək ki, tədbir öz işini 29 apreldə yekunlaşdıracaq.