Məşhur məşqçiyə ağır itki - FOTO
13
16:24 - 27 Aprel 2025

Türkiyənin tanınmış baş məşqçisi Bülənt Uyğunun qızı vəfat edib.
TNS Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) əməkdaşı Almina Tude Uyğun dünyasını dəyişib.
Bildirilib ki, o, bir müddətdir reanimasiyada müalicə alırmış.
Qeyd edək ki, ötən ilin dekabrında qədər “Sivaspor”da çalışan Bülənt Uyğun karyerası boyu “Çaykut Rizespor”, “Denizlispor”, “Kayserispor”, “Eskişehirspor”, “Elağıspor” kimi klublarda işləyib. O, 2010-2011-ci illərdə “Eskişehirspor”da Rəşad Sadıqovun, 2007/2008-ci illərdə “Sivasspor”da İlqar Qurbanovun baş məşqçisi olub.