Close

15:40
26 Aprel 2025

Türkiyədə ard-arda zəlzələ oldu

Türkiyənin Konya vilayətinin Cihanbəyli rayonunda 3,9 bal gücündə zəlzələ baş verib.

TNS xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Yerli vaxtla saat 07:16-da baş verən zəlzələ yerin 13,15 km dərinliyində meydana gəlib.

Bundan başqa, sözügedən rayonda saat 08:10-da daha bir zəlzələ olub. 3,6 bal gücündə baş verən zəlzələ yerin 6,97 km dərinliyində yaranıb.

Tələfat və dağıntı qeydə alınmayıb.