Məktəb avtobusu ağır qəza etdi: çox sayda yaralanan var
27
20:20 - 24 Aprel 2025

Türkiyənin Osmaniye şəhərində şagirdləri daşıyan avtobusla minik maşını toqquşub.
TNS xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Qeyd olunub ki, hadisə nəticəsində doqquzu şagird olmaqla 11 nəfər yaralanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.