Close

İstanbulda partlayış baş verdi - VİDEO

Türkiyənin İstanbul şəhərində güclü partlayış baş verib.

TNS Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Tuzla rayonundakı Dəri Sənaye Bölgəsindəki su təmizləyici obyektdə qeydə alınıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, polis və tibbi briqadalar göndərilib.

Partlayışın səbəbi məlum deyil.