Seysmoloqdan zəlzələ ilə bağlı 2 kritik ssenari

İstanbulun Silivri sahillərində baş verən 6,2 bal gücündə zəlzələ üçün Almaniyanın tanınmış seysmoloqlarından biri olan Marko Bohnhoff baş verə biləcək 2 kritik ssenari açıqlayıb.
TNS xəbər verir ki, bu barədə seysmoloq “Deutsche Welle”nin Türk müxbiri Sinem Özdemirə açıqlamasında bildirib.
Bohnhoffun sözlərinə görə, birinci ssenari 6,2 bal gücündə baş verən zəlzələnin əsas zəlzələ olması və zaman keçdikcə afterşokların azalacağı, ikinci ssenari isə gözlənilən güclü zəlzələnin hələ baş verməməsi və bu təkanların onun xəbərçisi ola biləcəyidir.
O, ikinci ssenaridə baş verə biləcək böyük zəlzələnin böyüklüyünün 7.4-ə çata biləcəyinə diqqət çəkib.