Close

Ərdoğan gecəni vətəndaşlarla keçirib

İstanbulda baş verən zəlzələdən sonra bəzi vətəndaşlar gecəni məktəb həyətlərində, parklarda, idman zallarında və məscidlərdə keçirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kağıthane Bələdiyyəsinin sosial obyektlərində vətəndaşlarla görüşüb.

TNS xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Zəlzələdən sonra İstanbula gedən Ərdoğan İstanbul Fəlakət və Fövqəladə Hallar İdarəsinin böhran mərkəzində olub, əlaqədar nazir və səlahiyyətlilərdən geniş məlumat alıb.

Daha sonra Türkiyə Prezidenti vətəndaşları ziyarət edib.

Vətəndaşlarla söhbət edən, çay içən Ərdoğan uşaqlarla xatirə şəkli çəkdirib.

aa_picture_20250423_37730445