Close

Zəlzələ ilə bağlı narahatlığa əsas yoxdur

Hazırda İstanbulda baş verən zəlzələ ilə bağlı narahatlığa heç bir əsas yoxdur.

TNS xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə Daxili İşlər Nazirliyi yanında Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) və Səhiyyə Nazirliyi, ümumilikdə bütün dövlət qurumları təbii fəlakətlə bağlı hazırda gücləndirilmiş iş rejimində işləyir:

“Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Biz də prosesi çox yaxından izləyirik. Bütün dövlət qurumları fövqəladə hallara tam hazır vəziyyətdədir. Müvafiq şəxslərdən zəlzələ ilə bağlı son məlumatları almışam. Hələ ki narahatlıq doğuracaq bir vəziyyət yoxdur”.