Close

İstanbulda zəlzələ zamanı 150-dən çox adam özünü binadan atıb

İstanbulda baş verən zəlzələlərdə insan itkisi olmayıb.

TNS-in verdiyi xəbərə görə, bu barədə İstanbul Valiliyindən bildirilib.

Qeyd olunub ki, zəlzələ baş verdiyi an 151 nəfər özünü yüksəklikdən ataraq yaralanıb, onların müalicəsi davam edir, həyatları təhlükə altında deyil.

Bundan əlavə, şəhərin Fatih rayonunda tərk edilmiş bina uçub, hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Qeyd edək ki İstanbulda 6,2 maqnitudalı zəlzələ baş verib. Zəlzələdən sonra afterşoklar davam edir.