Kütləvi dava: 5 nəfər ağır yaralandı - FOTO

Türkiyənin Siirt vilayətində bir məhəllədə kütləvi dava olub.
TNS yerli KİV-ə istinadən xəbər verir ki, iki qrup arasında naməlum səbəbdən dava başlayıb. Onlar bir-birlərinə daş, bıçaq, zopa ilə hücum ediblər. Hadisə yerinə polis cəlb olunub.
Polis qrupları sakitləşdirmək üçün gözyaşardıcı qazdan istifadə edib, havaya atəş açıb.
Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb. Dava xəstəxananın qarşısında da davam edib. Polisin müdaxiləsi ilə dava başa çatıb. Hadisə nəticəsində iki tərəfdən beş nəfər ağır yaralanıb. Onlardan iksinin həyatına təhlükə var.
Faktla bağlı araşdırma aparılır.