Qonşu ölkədə zəlzələ baş verdi
11
21:55 - 21 Aprel 2025

Türkiyənin Kütahya şəhərində 4,3 maqnitudalı zəlzələ baş verib.
TNS xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələnin ocağı 13,43 kilometr dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.