Close

Fransa Suriyada ABŞ-nin yerini doldurmaq istəyir - VİDEO

ABŞ-nin Suriyadan qismən çəkilməsi fonunda Fransanın bu ölkəndə hərbi mövcudluğunu artıracağı və Türkiyə ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında vasitəçilik edəcəyinə dair iddialar var.

Bu barədə TNS "Haber Global" telekanalına istinadla xəbər verir.

Telekanalın süjetində bildirilir ki, Fransa Prezidenti Emmanuel Makron Suriyada Türkiyənin maraqlarını nəzərə almağa və rəsmi Ankaranın artan nüfuzunu qəbul etməyə başlayıb.

Bildirilib ki, rəsmi Paris Suriyanın şimal-şərqində daha çox əsgər yerləşdirməyi planlaşdırır. Türkiyə ilə SDQ arasında gərginliyin azaldılması üçün Fransanın pərdəarxası təşəbbüslər göstərdiyinə dair məlumatlar var.

Ətraflı süjetdə: