Polis üç ölkədə əməliyyat keçirdi - Təhlükəli cinayətkarlar saxlanıldılar - VİDEO

"Qırmızı bülleten" üzrə beynəlxalq axtarışda olan üç təhlükəli cinayətkar xarici ölkələrdə saxlanılıb".
TNS xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün sosial şəbəkə hesabından bəyan edib.
Onun sözlərinə görə, saxlanılanlardan ikisi - A.H. və T.H.C. - artıq Türkiyəyə ekstradisiya olunub, F.M.-in isə təhvil verilməsi prosesi davam edir:
"A.H. qəsdən adamöldürməyə cəhd və azadlıqdan məhrumetmə ittihamları ilə Dubayda saxlanılıb və Türkiyəyə gətirilib. T.H.C. qəsdən adamöldürmə, cinayətkar təşkilata üzvlük və sənəd saxtakarlığı ittihamı ilə İranda tutulub və ölkəyə qaytarılıb. F.M. isə cinayətkar təşkilata üzvlük və narkotik ticarəti ittihamı ilə Kolumbiyada həbs olunub, hazırda onun ekstradisiyası prosesi gedir".
Yerlikaya qeyd edib ki, cinayətkarlar heç vaxt ədalətdən qaça bilməyəcəklər. O, uğurlu əməliyyatda iştirak edən bütün qurumlara və polislərə öz təşəkkürünü bildirib.