Dəhşətli cinayət - Tanınmış aktrisa rəfiqəsini öldürdü - FOTO

İstanbulun Fatih rayonunda tanınmış aktrisa Sevil Akdağ ilə rəfiqəsi Elif Kırav arasında baş verən mübahisə faciə ilə nəticələnib.
TNS xəbər verir ki, hadisə zamanı Sevil Akdağ bıçaqla rəfiqəsinə hücum edərək onu qətlə yetirib. Cinayətdən sonra o, hadisə yerini tərk edib.
Səs-küyü eşidən qonşular dərhal polisə və təcili tibbi yardım xidmətinə məlumat veriblər. Əraziyə gələn hüquq-mühafizə orqanları təhlükəsizlik kameralarının görüntülərini izləyərək Akdağın Esenyurta qaçdığını müəyyənləşdirib. O, saxlanılaraq polis idarəsinə aparılıb.
Sevil Akdağ ifadəsi alındıqdan sonra Çağlayanda yerləşən İstanbul Ədliyyə Sarayına gətirilib. Barəsində həbs-qətimkan tədbiri seçilərək həbsxanaya göndərilib.
Qeyd edək ki, Sevil Akdağ “Tutunamayanlar”, “Yasak elma” kimi məşhur seriallarda rol alıb.