Close

Bu ərazidə zəlzələ baş verdi

Egey dənizində 3.5 maqnitudalı zəlzələ baş verib.

TNS xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Məlumata görə, səhər saatlarında qeydə alınan zəlzələnin episentri Türkiyənin Muğla şəhərinin Datça rayonundan 125 km məsafədə olub.

Yeraltı təkanların ocağı 18.21 km dərinlikdə yerləşib.