Close

Bu adamın qaraciyəri solda, ürəyi sağdadır - FOTO

Türkiyədə diqqətçəkən hadisə baş verib.

TNS Türkiyə mətbuatına istinadla xəbər verir ki, Dənizli şəhərində yaşayan 29 yaşlı Yiğithan Sayın daxili orqanlarının tam tərs yerləşdiyi məlum olub.

Onun nadir anatomik quruluşa malik olduğu açıqlanıb.

1275471_2

Həmin gənc uğurla mədəkiçiltmə əməliyyatı keçirib. "Situs inversus totalis" adlanan bu vəziyyət dünyada hər 100 min nəfərdən sadəcə birində müşahidə olunur. Yiğithan Say bu anatomik quruluşla bariatrik əməliyyat olan dünya üzrə yalnızca 30 nəfərdən biri olub.

Daxili orqanlarının tərs yerləşdiyini körpə ikən öyrəndiyini bildirən Say bunları deyib:

"29 ildir bu şəkildə həyatımı davam etdirirəm. Uşaqkən bu xəbəri aldığımda anlamamışdım, sonradan fərqinə vardım. Amma həyatımı digər insanlardan fərqsiz, heç bir məhdudiyyət olmadan sürdürürəm. Tək fərqim, orqanlarımın tərs yerləşməsidir. 'Situs inversus totalis' diaqnozu səbəbilə bir çox xəstəxana əməliyyatı həyata keçirməkdə tərəddüd etdi. Lakin cərrah İbrahim Ekiz öz təcrübəsi ilə mənə inam verdi və əməliyyat uğurla keçdi. Əməliyyatdan sonra heç bir ağrı və ya narahatlıq hiss etmədim. Özümü indi çox yaxşı hiss edirəm. Əməliyyatdan sonra bəslənmə vərdişlərim müvəqqəti olaraq dəyişdi. Maye pəhriz, keçid dövrü və bərk qidaya keçid kimi üç mərhələdən ibarət bəslənmə proqramı tətbiq etdim. Hazırda yavaş-yavaş əvvəlki bəslənmə vərdişlərimə dönürəm, amma əvvəlkindən daha az yeyirəm və doyma hissim normaldır".