Ağır yol qəzası oldu: ölənlər və yaralananlar var
23
22:01 - 18 Aprel 2025

Türkiyədə iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.
TNS “Haber Global”a istinadən xəbər verir ki, hadisə Şanlıurfa şəhərində qeydə alınıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma başlanılıb.