Ərdoğan: "Türkiyə terrora tamamilə son qoymaq mərhələsinə çatıb"
7
19:20 - 17 Aprel 2025

Türkiyə terrora tamamilə son qoymaq mərhələsinə çatıb.
TNS “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan komandoların məzuniyyət tədbirində çıxışında deyib.
O bildirib ki, Türkiyə terrorla mübarizə üçün ortaya qoyulan səylərin nəticəsini görür: “Terrorsuz Türkiyə məqsədimizə çatmaq üçün qardaşlığımızı daha da gücləndirəcək addımlar atırıq. Bu günə qədər böyük səbir, qətiyyət və həssaslıqla prosesi idarə etdik. Terrorsuz Türkiyə məqsədimizə çatanda qarşımızda yeni səhifə açılacaq”.