Close

22:41
18 Aprel 2025

İtkin düşən 7 yaşlı oğlanın meyiti tapıldı - FOTO

Aprelin 12-də Türkiyənin Adana vilayətinin Karataş rayonunda itkin düşən 7 yaşlı Cumali Timinin meyiti tapılıb.

TNS yerli mətbuata istinadən xəbər verir ki, azyaşlı 7 gün əvvəl oynamaq üçün evdən çıxıb, bundan sonra itkin düşüb. Ailəsi bu barədə polisə məlumat verdikdən sonra axtarışlara başlanılıb. Axtarış zamanı uşağı ayaqqabıları suvarma kanalının kənarında tapılıb. Daha bir neçə gün davam edən axtarışlar nəticəsində ayaqqabıların tapıldığı yerdən 500 metr aralıda onun meyiti aşkarlanıb.

itkin