Paytaxtda əməliyyat: 525 nəfər saxlanıldı

Türkiyədə narkotiklə mübarizə çərçivəsində daha bir genişmiqyaslı əməliyyat keçirilib.
TNS xəbər verir ki, bu barədə xarici işlər naziri Ali Yerlikaya sosial şəbəkədə paylaşım edib.
Nazir bildirib ki, “NARKOKAPAN-ANKARA” adlanan əməliyyat nəticəsində 525 narkotik alverçisi saxlanılıb: "Paytaxtımız Ankarada bu gün saat 05:00-da Cümhuriyyət tarixinin ən böyük narkotik əməliyyatına başladıq. Əməliyyatda hədəfimiz xüsusilə gənclərimizi bezdirən, narkotik alverçilərinin alətinə çevrilən, onlayn platformalar vasitəsilə məhəllələrdə və küçələrdə narkotik satan “narkotik satıcıları” kimi tanınan şəxsləri aşkarlayıb, həbs etmək idi".
Nazir bu əməliyyat üçün hazırlıqlara 6 ay əvvəl başladıqlarını qeyd edib: "Şübhəli şəxsləri müxtəlif vasitələrlə izlədik. Bu gün əməliyyata start verdik. Əməliyyatda 4768 polis əməkdaşı, 1461 briqada, 40 xüsusi təlim keçmiş detektor iti, 4 PUA iştirak edib. 626 ünvanda eyni vaxtda reydlər keçirdik. 525 nəfəri yaxaladıq. Əməliyyatımız hələ də davam edir".