Close

22:41
18 Aprel 2025

Bələdiyyə sədrinin müavini həbs edildi - FOTO

Türkiyədə Beykoz bələdiyyə sədrinin müavini Fidan Gül həbs edilib.

Bu barədə TNS "Haber Global"a istinadən xəbər verir.

Qeyd edək ki, Fidan Gül ötən gün "tenderi saxtalaşdırmaq" ittihamı ilə saxlanılıb.

Məlumata görə, nəzarət altına alınma və axtarış qərarı yeni əldə edilən dəlillər əsasında və vəzifəsindən uzaqlaşdırılan Beykoz bələdiyyə sədri Alaattin Köseler barəsində həbs qərarının verildiyi istintaq sənədləri çərçivəsində qəbul edilib.

Fidan Gülün evində və bələdiyyədəki ofisində axtarışlar aparılıb və iş "tenderi saxtalaşdırmaq" cinayətinə görə həbs tələbi ilə Sülh Cəza Məhkəməsinə göndərilib. Nəticədə Fidan Gül haqqında həbs qərarı çıxarılıb.

Ekran_skli_2025-04-16_182935