Film meydançasında yanğın: 1 nəfər öldü
35
17:41 - 16 Aprel 2025

Türkiyədə "Şakir Paşa Ailəsi: Möcüzələr və Skandallar" serialının çəkildiyi meydançada ikinci dəfə yanğın baş verib.
TNS Türkiyə mediasına istinadən xəbər verir ki, bu dəfə Büyükadanın Nizam Məhəlləsindəki tarixi malikanə yanıb.
Yanğında filmin çəkiliş qrupunun rəhbəri həyatını itirib.
Daha əvvəl serialın Qartal çəkiliş meydançasında böyük yanğın olmuş və Büyükadadakı malikanəni əks etdirən dekor tamamilə kül olmuşdu.