Close

1960-cı ildə qaçırılan heykəl ölkəyə qaytarıldı

1960-cı illərdə qaçaq yolla xaricə aparılan Roma imperatoru Markus Avrelinin bürünc heykəli Türkiyəyə qaytarılıb.

TNS xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazgı sosial media hesabında bildirib.

Heykəl ABŞ-nin Klivlend İncəsənət Muzeyində təşkil edilən mərasimlə rəsmi olaraq Türkiyəyə qaytarılıb.

Əsər Türkiyəyə gətirilməzdən əvvəl üç ay müddətində Klivlend İncəsənət Muzeyində xüsusi sərgi çərçivəsində ziyarətçilərə təqdim olunacaq.