Close

Fidan və Araqçi İranın nüvə proqramını müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidanla iranlı həmkarı Abbas Araqçi arasında telefon danışığı olub.

TNS xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Tərəflər İranın nüvə proqramı ilə bağlı Omanda keçirilən danışıqları müzakirə ediblər.

Onlar, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.