Şəhidin meyiti 3 ildən sonra tapıldı
26
19:44 - 14 Aprel 2025

Türkiyədə 3 il əvvəl PKK-ya qarşı hərbi əməliyyatda şəhid olan hərbçinin meyiti tapılıb.
TNS xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“2022-ci il iyulun 7-də “Pəncə-Kilid”əməliyyatı bölgəsində PKK terrorçularına qarşı əməliyyatda şəhid olan çavuş Nurəddin Tokyürekin meyiti aşkar edilib”, - məlumatda qeyd olunub.