Bu böcək qırmızı bülletenlə axtarılır

Türkiyədə uzunbuynuzlu böcək (Anoplophora chinensis) qırmızı büllütenlə axtarılır.
TNS haberler.com-a istinadən xəbər verir ki, Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi ağacların ölümünə səbəb olan uzunbığ böcəyinin qarşısını almaq üçün qərməzə büllütenlə “Axtarılır” plakatları hazırlayıb.
Zərərvericinin aşkarlandığı 23 ağac yayılma riskinin qarşısını almaq üçün təcili məhv edilib.
İtaliya, İsveçrə, Fransa, Almaniya və Xorvatiya kimi Avropanın bir çox ölkəsində, eləcə də Türkiyədə zaman zaman rast gəlinən və heç bir kimyəvi pestisidin təsiri olmayan zərərvericinin qoz, alma, Avstraliya şamı, çinar, söyüd, armud, tut, sidr, palıd və ficus kimi bir çox sərt ağac növünü məhv edə biləcəyi bildirilir.