Bir saatda 4 dəfə zəlzələ oldu
16
16:06 - 13 Aprel 2025

Türkiyənin Van vilayətinin Tuşba rayonunda bir saat ərzində 4 dəfə zəlzələ baş verib.
TNS xəbər verir ki, Qəndilli Rəsədxanasının məlumatına görə, təkanlar 3,4, 4,0, 4,2 və 3,2 bal gücündə olub.
Zəlzələlər zamanı heç bir xoşagəlməz hadisə qeydə alınmasa da, inasanlar arasında çaxnaşma yaşanıb.