Close

23:20
14 Aprel 2025

Türkiyənin nümayəndə heyəti Şuşaya gəldi

Türkiyə Böyük Millət Məclisinin üzvləri, hakim Ədalət və İnkişaf Partiyasının təmsilçiləri, Kayseri bələdiyyəsinin yüksəkvəzifəli şəxsləri, ali məktəb rektorları və sahibkarların daxil olduğu nümayəndə heyəti Şuşa şəhərinə gəlib.

TNS xəbər verir ki, əvvəlcə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimovla görüş keçiriləcək.

Qonaqlar sonra Qarabağın incisi, Azərbaycan tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhəri ilə tanış olacaqlar.