Close

Tarixi özündə yaşadan Bodrum

İlin fəsillərindən asılı olmayaraq, Türkiyənin hər hansı bir bölgəsinə üz tutan qonaq orada mütləq yeni bir təbiət möcüzəsi ilə qarşılaşır.

Sanki Tanrı bu Türkiyəni yer üzünə bir cənnət kimi bəxş edib. Türkiyəyə səyahət edən hər kəs cənnətə düşdüyünü anlayır. Bu ölkənin gözəlliyi haqqında yüzlərlə səyyah öz əsərlərində yazıb.

Məşhur səyyah Övliya Çələbi yazırdı ki, bu bölgə (Türkiyə) sanki cənnətdir: "Dünyanın çox ərazisini gəzsəm də anladım ki, cənnət yalnız buradır”.

Tək Övliya Çələbi yox, Türkiyəyə üz tutan hər bir əcnəbi bu ərazi ilə bağlı o qədər xoş sözlər yazıb ki, bu fikirlər indi də öz aktuallığını qoruyub saxlayır. Hər daşı bir tarix olan Türkiyə dünən olduğu kimi, bu gün də həmin əcnəbi səyyahların nəvə və nəticələrinə sevdirən cənnət sayılacaq bölgələrdən biri Bodrumdur. Qədimliyi və müasirliyi özündə əks etdirən Bodrum bu gün turistlərin ən çox axın etdiyi ərazidir.
Bodrum Türkiyənin Muğla vilayətinin 13 ilçəsindən biridir.

Gözəl təbiəti, dənizlə təması, tarixi abidələrlə zənginliyi Bodruma turizm axının artmasına səbəb olur. Dəniz suyunun şəffaflığı, füsunkar təbiəti dübyanın bütün ölkələrindən turistlərin Bodruma səfər etməsini sürətləndirir. Məhz bu səbəbdəndir ki, Bodrum bu gün Dünya Turizm Agentliyinin siyahısında turist axınına görə öndə gedən bölgələrindən biridir.

Bodrum eyni zamanda beynəlxalq hava limanına yaxındır. Hava limanından Bodruma olan məsafəsi cəmi 35 km-dir. Həmçinin, Bodrumda üç böyük marina və böyük sərnişin gəmilərinin yanaşa biləcəyi körpü də mövcuddur.

Olduqca qədim tarixə malik olan Bodrumda çoxsaylı tarixi abidələr var. Halikarnassos eramızdan əvvəl 484-ci ildə doğulan və “Tarixin atası” kimi tanınan Heredotın fikrincə, Bodrum Dorlar tərəfindən qurulub. Daha sonra Karya və Lelegler bu bölgəyə yerləşib. 650-ci ildə Megeralılar gələrək şəhəri genişləndirib, adını Halikarnassos olaraq dəyişdirib.

I. səlib döyüşlərində bizanslıların, XIV. əsrdə təkrar türklərin, 1415-ci ildə Rodos cəngavərlərinin əlinə keçib. 1522-ci ildə Qanuni Sultan Süleyman dövründə təkrar Osmanlı İmperatorluğuna ərazisinə daxil edilib.

Bodrum qalası

Bodrum Qalası iki liman arasında, üç tərəfi dənizlərlə əhatəli qayalıq bir yarımada üzərində inşa edilib. Şimali cəhətdən quruya bağlıdır. Ən yüksək yeri dəniz səviyyəsindən 47,50 metr yüksəklikdəki fransız qülləsidir. 

b-2

Mavzoley

Dünyanın yeddi möcüzəsindən biri olaraq qəbul edilən "Mausoleum"un inşasına Karya Satrabı Mavsolos vaxtında (təxmini M.Ö.355) başlanmış onun ölümündən sonra həyat yoldaşı olan Artemissia inşasını davam etdirib.

Antik Teatr

Helen dövründən günümüzə gələn əhəmiyyətli tarixi abidələrdən biridir. 3 əsas hissədən ibarətdir. 

Bodrumda ən çox sevilən tarixi abidələrdən biri də Mindos Qapısıdır.