Close

23:04
12 Aprel 2025

Qırmızı bülletenlə axtarışda olan cinayətkar İstanbulda ələ keçirildi - VİDEO

Türkiyədə mütəşəkkil cinayətkar təşkilatın İtaliya tərəfindən axtarışda olan rəhbəri saxlanılıb.

TNS-in xəbərinə görə, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya "X" hesabında məlumat verib.

Nazirin sözlərinə görə, İtaliya tərəfindən insan alveri və miqrant qaçaqmalçılığına görə qırmızı bülletenlə axtarışda olan, qeyri-qanuni mühacirlərin İtaliyaya keçidini təmin edən Əsəd Əli Qomaa Xodır adlı cinayətkar İstanbulun Fatih rayonunda əməliyyat nəticəsində ələ keçirilib.