Close

Hakan Fidan: "Beynəlxalq sistemin yenidən qurulmasına töhfə vermək əzmindəyik"

Türkiyənin xarici işlər naziri ölkəsinin ədalətli beynəlxalq sistemin yenidən qurulması məqsədinə töhfə vermək əzmində olduğunu bildirib.

TNS xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün işə başlayan IV Antalya Diplomatiya Forumu ilə bağlı özünün "X" hesabında yazıb.

"Prezidentimizin himayəsi və nazirliyimizin təşkilatçılığı ilə keçirilən IV Antalya Diplomatiya Forumu (ADF2025) bu gün "Bölünmüş Dünyada Diplomatiyanı Qucaqlamaq" ana mövzusu ilə başlayıb. Forum çərçivəsində artan geosiyasi gərginlikdən qlobal bərabərsizliklərə, mülki şəxsləri hədəfə alan hücumlardan texnoloji transformasiyanın yaratdığı qeyri-müəyyənliklərə və iqlim böhranının çoxölçülü təsirlərinə qədər bir çox mühüm məsələ konstruktiv və əhatəli diplomatiya alətləri vasitəsilə həll ediləcək. Parçalanmış dünyamızda diplomatiyanı mənimsəməyə və onu effektiv şəkildə idarə etməyə həmişəkindən daha çox ehtiyacımız var", - o qeyd edib.

Türkiyəli nazir Forumun bütün bəşəriyyət üçün faydalı olacağına ümidini ifadə edib.